Gədəbəydə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı 1980-ci il təvəllüdlü Ceyran Salman qızı Tağıyeva, 1944-cü il təvəllüdlü Rza Bayram oğlu Tağıyev, 1981-ci il təvəllüdlü Eldar Qara oğlu Tağıyev və 1991-ci il təvəllüdlü Kamil Səməndər oğlu Quliyev xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar. Xəsarət alanlardan K.Quliyevin xəsarəti daha ağır olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gədəbəydə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "Söyüdlü yolu" adlanan ərazidə qeydə alınıb.
Belə ki, "UAZ" markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.