Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gədəbəy rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəf
Hadisə
1992
12 Sentyabr , 2020 21:47
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər - sürücü, 1990-cı il təvəllüdlü Nicat Məmmədov və sərnişin, 1976-cı il təvəllüdlü Natavan Hüseynova xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar. Onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi