Gədəbəydə 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Şabanova Nuranə Fikrət qızını və 2015-ci il təvəllüdlü Lalə Seymur qızı Şabanovanı vurub.
Müxtəlif bədən xəsarətləri alan piyadalar hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.