Gədəbəydə arvadını baltalayan şəxsin məhkəməsi başlayıb

Gədəbəydə arvadını baltalayan şəxsin məhkəməsi başlayıb Gəncə Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Əlviz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
12 Mart , 2019 16:47
Gədəbəydə arvadını baltalayan şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Gəncə Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Əlviz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin oktyabr ayında Gədəbəy rayonunda baş verib. 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Ə.Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb.

Yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Əsgərov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, Ə.Əsgərov həyat yoldaşını qısqanclıq zəminində balta ilə vurub.

Son xəbərlər

Orphus sistemi