Gədəbəydə alimentə görə keçmiş həyat yoldaşını qətlə yetirən şəxsə höküm oxunub

Gədəbəydə alimentə görə keçmiş həyat yoldaşını qətlə yetirən şəxsə höküm oxunub Gəncə. 23 iyul. REPORT.AZ/ Gədəbəy rayonunda keçmiş həyat yoldaşının boğazını kəsərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.
Hadisə
23 İyul , 2018 19:22
Gədəbəydə alimentə görə keçmiş həyat yoldaşını qətlə yetirən şəxsə höküm oxunub

Gəncə. 23 iyul. REPORT.AZ/ Gədəbəy rayonunda keçmiş həyat yoldaşının boğazını kəsərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə, barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunan Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Fariz Şamil oğlu Muxtarova höküm oxunub. Məhkəmənin qərarı ilə F.Muxtarov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fariz Muxtarov ötən il keçmiş həyat yoldaşı olan, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək onu qətlə yetirib. Hadisəyə səbəb isə boşanmış çütlük arasında aliment üstə yaranmış mübahisə olub.

Belə ki, hadisədən 2 il əvvəl boşanmış bu şəxslərin evliliyindən iki azyaşlı övladı olub. Qadın F.Muxtarova alimenti ödəmədiyini irad tutaraq dəfələrlə aralarında mübahisə yaranıb. Ötən ilin oktyabr ayında F.Muxtarov keçmiş qaynatasının evinə gələrək mübahisə zəminində M.Muxtarovanın boğazını kəsərək onu qətlə yetirib. 

Sonra isə hadisə yerindən qaçaraq bir müddət Şəmkir rayonunda yaşayan babasının evində gizlənib. 

Daha sonra aparlan araşdırmalar zamanı polis tərəfindən orada saxlanılaraq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi