Gədəbəydə 48 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb

Gədəbəydə 48 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
17 Sentyabr , 2019 15:35
Gədəbəydə 48 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Qalakənd adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elman Polad oğlunun Qalakənd meşəsində qeyri-qanuni yolla kəsdiyi ağac onun üzərinə düşüb. E.Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi