Gədəbəydə 37 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Gədəbəydə 37 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB Gədəbəy. 21 may. REPORT.AZ/ Gədəbəy rayonunda sərxoş şəxslər arasında düşən mübahisə bıçaqlanma ilə bitib.
Hadisə
21 May , 2018 16:46
Gədəbəydə 37 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
0 : 00
0 : 00

Gədəbəy. 21 may. REPORT.AZ/ Gədəbəy rayonunda sərxoş şəxslər arasında düşən mübahisə bıçaqlanma ilə bitib.

Bu barədə "Report"un Qərb bürosuna DİN Mətbuat xidmətinin Qərb Regional qrupundan bildirilib.

Məlumatda bildirilir ki, rayonun Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Əsgərov Rövşən Malik oğlu və Arıqıran kənd sakini, 1996-cı il təvəllüdlü Elvin Azad oğlu Məmmədov birlikdə yeyib içdikdən sonra sərxoş vəziyyətdə aralarında söyüş üstdə mübahisə yaranıb. Bu zaman E.Məmmədov R.Əsgərovun döş qəfəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya aparılıb və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hadisəni törədən şəxs isə saxlanılıb.

Qeyd edək ki, E.Məmmədov oğurluq etdiyinə, R.Əsgərov isə qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

***16:34

Gədəbəy. 21 may. REPORT.AZ/  Gədəbəy rayonunda blçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qumlu kəndində baş verib. 

Kənd sakini, 1981-ci il təvəllüdlü Əsgərov Rövşən Malik oğlu döş qəfəsindən bıçaqlanıb. 

O, xəstəxanaya aparılıb və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi