Yuxarı
    Bağlamaq

    Gədəbəydə 22 yaşlı şəxs bıçaqlanıb

    Yaralının vəziyyəti orta-ağırdır

    Gədəbəy. 13 noyabr. REPORT.AZ/ Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Arıqdam kəndində baş verib.

    Döş qəfəsindən bıçaqlanan 1994-cü il təvəllüdlü kənd sakini Qurbanov İsmayıl Oqtay oğlu öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Bir bıçaq zərbəsi alan yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda yaralının vəziyyəti orta-ağırdır.

    Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi isə hələlik məlum deyil.

    Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi