Gədəbəydə 21 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB

Gədəbəydə 21 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB Gədəbəy rayonunda bıçaqlanan şəxsin adı məlum olub.
Hadisə
6 Aprel , 2019 16:06
Gədəbəydə 21 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB

Gədəbəy rayonunda bıçaqlanan şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər veri ki, rayonun Arıqıran kənd sakini, 1998-ci il təvəllüdlü Nicad Vidadi oğlu Kazımov  döş qəfəsindən və bud nahiyəsinindən bıçaqlanıb. O, ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Onun mübahisə zəminində tanışı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***15:01

Gədəbəy rayonunda gənc oğlan bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini çoxsaylı bıçaq xəsarətləri alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına və "təcili yardıma" məlumat verilib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hadiəsnin kim tərəfindən və hansı zəmində törədilməsi məlum deyil.

Son xəbərlər

Orphus sistemi