Gədəbəy rayonunda 2 qadın dəm qazından zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakinləri, 1999-cu il təvəllüdlü K.Əliyeva və 1998-ci il təvəllüdlü P.Məmmədova dəm qazından zəhərləniblər.
Zərərçəkənlərin hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.