Gədəbəy sakinini hədələyərək 10 manatını alan keçmiş məhkum saxlanılıb

Gədəbəy sakinini hədələyərək 10 manatını alan keçmiş məhkum saxlanılıb Bakı. 28 iyul. REPORT.AZ/ Gədəbəy sakinini hədələyərək 10 manatı alan keçmiş məhkum saxlanılıb.
Hadisə
28 İyul , 2018 12:58
Gədəbəy sakinini hədələyərək 10 manatını alan keçmiş məhkum saxlanılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Gədəbəy sakinini hədələyərək 10 manatı alan keçmiş məhkum saxlanılıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib 10 manat pulunu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi