Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs saxlanılıb

Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs saxlanılıb Gədəbəydə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.
Hadisə
13 İyun , 2019 09:22
Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs saxlanılıb

Gədəbəydə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyunun 12-də axşam saatlarında Gədəbəy rayonu Qumlu kənd sakini Zamiq Allahverdiyevin sağ gözünün kəsilmiş göz yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Z.Allahverdiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi