Gədəbəy sakini gözündən bıçaqlanıb

Gədəbəy sakini gözündən bıçaqlanıb Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
12 İyun , 2019 23:35
Gədəbəy sakini gözündən bıçaqlanıb

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 30 yaşlı yerli sakin Zamiq Həsənov rayonun Xarxar kəndində hələ ki, məlum olmayan şəraitdə baş vermiş mübahisə zəminində göz nahiyəsindən bıçaq xəsarəti alıb.

O, tanışları tərəfindən öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi