Gədəbəy sakini əmisinin əmlakını talayıb - FOTO

Gədəbəy sakini əmisinin əmlakını talayıb - FOTO Əldə etdiyi pulu əyləncəyə xərcləyən gənc indi peşmançılıq keçirdiyini deyir
Hadisə
23 Oktyabr , 2015 21:02
Gədəbəy sakini əmisinin əmlakını talayıb - FOTO

Bakı. 23 oktyabr. REPORT.AZ/ Gədəbəydə gənc oğlan əmisinin mənzilindən oğurluq edib. "Report"un məlumatına görə, əldə etdiyi pulu əyləncəyə xərcləyən gənc indi peşmançılıq keçirdiyini deyir.

Gədəbəy sakini Razim Mehdiyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Söyüdlü kəndindəki mənzilindən xeyli miqdarda qızıl əşyalarının və nəğd pulun oğurlandığını bildirib.

Zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Gədəbəy polisi oğurluğun üstünü aça bilib.

Məlum olub ki, Razim Mehdiyevin mənzilindən oğurluq edən onun qardaşı oğlu Bahəddin Mehdiyevdir. Bahəddin Mehdiyev oğurladığı qızıl zinət əşyalarının bir qismini Şəmkir rayonunda satıb. Sonra isə istirahət məqsədi ilə paytaxt Bakıya yollanıb.

Bir neçə gün orada əylənən Bahəddin yenidən doğma rayonuna qayıdıb.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi