Gədəbəy sakini dayısı oğlu tərəfindən bıçaqlanıb

Gədəbəy sakini dayısı oğlu tərəfindən bıçaqlanıb Qaragöz İbrahimov dayısı oğlu tərəfindən bıçaqlanıb
Hadisə
18 May , 2017 02:48
Gədəbəy sakini dayısı oğlu tərəfindən bıçaqlanıb
Courtesy İmage

Gədəbəy. 18 may. REPORT.AZ/ Gecə saatlarında Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü, İbrahimov Qaragöz Akif oğlu öz dayısı oğlu tərəfindən bıçaqlanıb. Yaralı yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır. 

Xəstəxanadan verilən məlumata görə, bel nahiyəsindən bir bıçaq zərbəsi alan Q. İbrahimov əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının dediyinə görə, hadisə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baş verib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi