Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
30 Aprel , 2017 07:00
Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

Gədəbəy. 30 aprel. REPORT.AZ/ Gecə saatlarında Gədəbəy rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1982-ci il təvəllüdlü Həsənov Elman Rəhman oğlu evinə gedən zaman küçədə bir qrup şəxslə mübahisə edib.

Daha sonra əlbəyaxa dava düşüb və E. Həsənov həmin şəxslər tərəfindən döyülərək ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi