Dolu Gədəbəydə bir sıra fəsadlar törədib

Dolu Gədəbəydə bir sıra fəsadlar törədib Gədəbəy rayonuna düşən dolu təsərüfata qismən zərər vurub
Hadisə
29 İyul , 2020 15:11
Dolu Gədəbəydə bir sıra fəsadlar törədib

Gədəbəy rayonuna düşən dolu təsərrüfata zərər vurub.

Gədəbəy Rayon İcra Hakimiyyətindən "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, iyulun 28-də axşam saatlarında güclü külək və dolu rayonda bir sıra fəsadlar törədib.

Belə ki, Gədəbəy rayonunda 7 fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyib. Həmçinin dolu təsərrüfata da qismən ziyan vurub. 

Güclü külək nəticəsində elektrik xətlərinə də ziyan dəyib. Bu səbəbdən ötən gecə 47 yaşayış məntəqəsi işıqsız qalıb.
Hazırda, demək olar ki, bütün evlərə elektrik enerjisinin verilməsi bərpa olunub.

Son xəbərlər

Orphus sistemi