Yuxarı

Gecə parkda kişini bıçaqlayıb öldürən qadının məhkəməsi başlayıb

​Gecə parkda kişini bıçaqlayıb öldürən qadının məhkəməsi başlaydı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə mərhumun yaxınları təqsirləndirilən şəxsə etirazlarını bildiriblər. Onlar deyiblər ki, G.Qasımova öldürdüyü R.Hüseynovla yaxın münasibətdə olub.

Proses iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında gecə saatlarında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub. O, R.Hüseynovu gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. G.Qasımova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi