"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib Bir nəfər bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb
Hadisə
26 Sentyabr , 2017 05:38
Ganjlik Mallın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma olub.

"Report" xəbər verir ki, 1996-ci il təvəllüdlü Əliyev Şamil Əhməd oğlu "Ganjlik Mall" ticarət mərkəzinin qarşısında tanışı ilə mübahisə edib.

Nəticədə ona bir neçə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi