“Ganjlik Mall”da gənc qız döyülüb

“Ganjlik Mall”da gənc qız döyülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 İyul , 2017 10:34
“Ganjlik Mall”da gənc qız döyülüb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda tanınmış ticarət mərkəzində gənc qız döyülüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda, "Ganjlik Mall"da baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Musayeva Nigar Emin qızı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi istiqamətində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi