Yuxarı

Gəncədə zəncirvarı qəza baş verib

Sürücüsü və həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın Gəncə şəhərində zəncirvarı qəza baş verib. Gəncə Şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə qəza Gülüstan qəsəbəsində - Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 42 yaşlı Nicat Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən əvvəlcə “KİA” markalı avtomobillə, daha sonra “VAZ 2107” markalı avtomobillə toqquşub.

Bundan sonra nəqliyyat vasitəsi “VAZ 2106” və “VAZ 21011” markalı digər maşınlara da dəyib. Qəza nəticəsində "VAZ 2107"nin sürücüsü 34 yaşlı Şamo Hümbətov və onun həyat yoldaşı 22 yaşlı Xumar Hümbətova ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi