Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb Xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir
Hadisə
8 Sentyabr , 2014 10:39
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Bakı. 8 sentyabr.REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonu Xırdalan şəhərində baş verən partlayışla bağlı məlumat yayıb. Report nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmayan beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı FHN-in əlavə məlumat verəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi