Füzulidə yanğın olub, xəsarət alan var

Füzulidə yanğın olub, xəsarət alan var Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6,5 ton ot bağlamasının 2 tonu yanıb.
Hadisə
28 İyun , 2022 14:37
Füzulidə yanğın olub, xəsarət alan var

Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində yanğın olub, xəsarət alan var.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6,5 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi