Füzuli rayonunda subartezian quyusunun kabellərini oğurlayan şəxs saxlanılıb.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, Füzuli rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus su quyusunu elektrik enerjisi ilə təmin edən kabelin 246 metrlik hissəsinin kəsilərək oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.
Füzuli rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Mahir Abidinov saxlanılıb. Onun, ümumilikdə, 4 ədəd subartezian quyusundan oğurluq etdiyi məlum olub. M.Abidinov oğurladığı kabelləri əridərək metal qəbulu məntəqəsinə satdığını bildirib.
Faktla bağlı araşdırma aparılır.