Füzulidə raket hissəsi tapılıb

Füzulidə raket hissəsi tapılıb Füzuli rayonunda partlayıcı maddə olmayan raketinin arxa plastik hissəsi tapılıb.
Hadisə
17 Oktyabr , 2019 16:05
Füzulidə raket hissəsi tapılıb

Füzuli rayonunda partlayıcı maddə olmayan raketinin arxa plastik hissəsi tapılıb. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, bu gün saat 11:41-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Fin qəsəbəsi ərazisində partlayıcının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alııb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 9M22U raketinin arxa plastik hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin hissəsinin ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi