Füzulidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Füzulidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib Xəbər verildiyi kimi, 16.10.2021-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhəri ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. İstintaqla müəyyən edilmişdir ki, Füzul
Hadisə
28 Yanvar , 2022 14:56
Füzulidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Ötən ilin oktyabrın 16-da Füzuli rayonu, Horadiz şəhəri ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəməyə göndərilib.

Bu barədə "Report"a Füzuli Rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilib ki, rayon sakini, 1981-ci il təvəllüdlü Zamin Mehdiyev qeyd edilən tarixdə Horadiz şəhərində yerləşən “OBA” marketin qarşısındakı insanların ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsinə görə ona öz iradını bildirən Şükür Əhmədova heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.

İş üzrə toplanan sübutlar əsasında Zamin Mehdiyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə )maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi