Füzulidə qadını qətlə yetirən yeniyetmə saxlanılıb

Füzulidə qadını qətlə yetirən yeniyetmə saxlanılıb Bakı. 30 yanvar. REPORT.AZ/ Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
30 Yanvar , 2019 10:48
Füzulidə qadını qətlə yetirən yeniyetmə saxlanılıb
0 : 00
0 : 00

Bakı. 30 yanvar. REPORT.AZ/ Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 28-də Füzuli rayonunda A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkar edilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi