Füzulidə "Pikap" aşıb, ölən və yaralananlar var

Füzulidə "Pikap" aşıb, ölən və yaralananlar var Füzuli rayonunda yol-nəqliyyat hadisəsi olub
Hadisə
22 Aprel , 2021 11:38
Füzulidə Pikap aşıb, ölən və yaralananlar var
0 : 00
0 : 00

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 21-də saat 7 radələrində Füzuli rayonunun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L200” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi