Yuxarı

Füzulidə partlamamış tüstülü əl qumbarası tapılıb

ANAMA tərəfindən 250 kv.m. ərazi yoxlanılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Füzuli rayonunda bir ədəd partlamamış hərbi sursat aşkar edilib. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata əsasən, Füzuli rayonunun Qayıdış qəsəbəsi – Su kanalında 1 ədəd partlamamış hərbi sursat (tüstülü əl qumbarası (M7-A3)) aşkar edilərək götürülüb. 

ANAMA tərəfindən 250 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 29 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib, 3 958 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi