Füzulidə fermerin 15 yaşlı oğlunu qətlə yetirərək qaçan çoban saxlanılıb - YENİLƏNİB - TƏFƏRRÜAT

Füzulidə fermerin 15 yaşlı oğlunu qətlə yetirərək qaçan çoban saxlanılıb - YENİLƏNİB - TƏFƏRRÜAT Cinayət işi başlanılıb
Hadisə
27 Avqust , 2018 15:55
Füzulidə fermerin 15 yaşlı oğlunu qətlə yetirərək qaçan çoban saxlanılıb - YENİLƏNİB - TƏFƏRRÜAT
Report
0 : 00
0 : 00

Füzuli. 27 avqust. REPORT.AZ/ Füzuli rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

Rayonun Böyük Bəhmənli kəndində odlu silahla qətlə yetirilən Tumas Musayevin atasi Elçin Musayev “Report”un Qarabağ bürosuna bildirib ki, cinayət hadisəsi onun şəxsi fermasında ötən gün axşam baş verib. Özü Bakı şəhərində olduğu üçün övladı T.Musayev fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Əli Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. Hadisənin törədildiyi odlu silah isə onun özünə məxsus olub. E.Musayev silahı fermada heyvanları yırtıcılardan qorumaq üçün saxladığını bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.


*** 14:39

Füzuli. 27 avqust. REPORT.AZ/ Füzuli rayonunun Böyük Bəhmənli kəndində fermada 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirən Əli Məmmədov hadisədən sonra qaçıb gizlənib.

Füzuli Rayon Polis Şöbəsindən “Report”un Qarabağ bürosuna verilən məlumata görə, kecirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Ə.Məmmədov istintaqa təvil verilib.

Onun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


***14:01

Füzuli. 27 avqust. REPORT.AZ/ Füzuli rayonunda fermada yeniyetmə odalu silahla qətlə yetirilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən fermaların birində baş verib. 

İlkin məlumatalara görə, fermada çobanlıq edən şəxs həmin fermanın sahibinin 15 yaşlı oğlunu odlu silahla vurub. Ağır bədən xəsarəti alan yeniyetmə hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

Son xəbərlər

Orphus sistemi