Füzulidə ev yanıb, 16 yaşlı yeniyetmə zəhərlənib

Füzulidə ev yanıb, 16 yaşlı yeniyetmə zəhərlənib Füzuli rayonunda fərdi yaşayış evində yanğın olub.
Hadisə
23 Aprel , 2019 13:22
Füzulidə ev yanıb, 16 yaşlı yeniyetmə zəhərlənib
Report
0 : 00
0 : 00

Füzuli rayonunda fərdi yaşayış evində yanğın olub. 

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Səfər Məmmədxan oğlu Quliyevə məxsus birmərtəbəli, beşotaqlı evdən yanğın baş verib. Hadisə zamanı iki otaq əşyaları ilə birlikdə yanaraq kül olub. Nəticədə X sinif şagirdi, 16 yaşlı Elgül Səfər oğlu Quliyev tüstüdən zəhərlənmə diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirir.

Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi