Füzulidə qəzaya düşən şəxslərdən biri DYP rəisidir

Füzulidə qəzaya düşən şəxslərdən biri DYP rəisidir Füzuli rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.
Hadisə
14 Mart , 2022 16:04
Füzulidə qəzaya düşən şəxslərdən biri DYP rəisidir

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzasında yaralanan şəxslərdən biri polis əməkdaşıdır.

Bu barədə "Report"a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, “Mercedes” markalı avtomobili idarən edən İlqar Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi vəzifəsində çalışır. O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru İ.Hümbətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müaviq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

13.50

Füzuli rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi