Füzulidə avtomobil aşdı, ölən və yaralanan var

Füzulidə avtomobil aşdı, ölən və yaralanan var Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 May , 2020 12:18
Füzulidə avtomobil aşdı, ölən və yaralanan var

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə mayın 28-də Babı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi