Füzulidə ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB-2

Füzulidə ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB-2 Füzuli. 16 iyul. REPORT.AZ/ Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
16 İyul , 2018 11:51
Füzulidə ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB-2

Füzuli. 16 iyul. REPORT.AZ/ Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, Bakı şəhər sakini Seymur Xudiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını aşırıb. Hadisə nəticəsində sürücü S.Xudiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


***10:56

Füzuli. 16 iyul. REPORT.AZ/ Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisə zamanı  xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində iki nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü İlkin Ramin oğlu əliyev və Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Nazim Heydər oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki özəl klinikalardan birinə göndərilib.


***10:18

Füzuli. 16 iyul. REPORT.AZ/ Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində ölən v ə yaralananların olduğu bildirilib. Yol qəzasının baş veridyi əraziyə YPX əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi