Füzulidə ağır yol qəzası baş verib, 1 nəfər ölüb 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Füzulidə ağır yol qəzası baş verib, 1 nəfər ölüb 3 nəfər xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
22 May , 2017 12:00
Füzulidə ağır yol qəzası baş verib, 1 nəfər ölüb 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Füzuli. 22 may. REPORT.AZ/ Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Nəticədə sürücü Babək Qurbanov və sərnişinləri - Taciəddin Qurbanov, Loğman Qurbanov və Zamiq Məmmədov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan T.Qurbanov orada ölüb.


***11:34

Füzuli. 22 may. REPORT.AZ/ Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Alxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin  kəndin sakini Babək Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb. 

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi