Füzulidə 2 ədəd top mərmisinin boş gilizi aşkar olunub

Füzulidə 2 ədəd top mərmisinin boş gilizi aşkar olunub Bakı. 4 noyabr. REPORT.AZ/ Noyabrın 3-də Füzuli rayonunun Horadiz şəhəri ərazisində partlamamış hərbi sursat tapılıb.
Hadisə
4 Noyabr , 2018 02:41
Füzulidə 2 ədəd top mərmisinin boş gilizi aşkar olunub

Bakı. 4 noyabr. REPORT.AZ/ Noyabrın 3-də Füzuli rayonunun Horadiz şəhəri ərazisində partlamamış hərbi sursat tapılıb.

“Report” xəbər verir ki, bu barədə ANAMA-ya səhər saatlarında Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:17-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd top mərmisinin boş gilizi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Gilizlərin tapıldığı yerin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Qeyd edək ki, ANAMA oktyabrda 948 ədəd partlamamış hərbi sursat zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi