Füzulidə kanalda batan 11 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB

Füzulidə kanalda batan 11 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının axtarışları başa çatıb.
Hadisə
15 May , 2020 18:52
Füzulidə kanalda batan 11 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB
0 : 00
0 : 00

Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının axtarışları başa çatıb. 

FHN-dən "Report"a verilən məlumata görə, A.Məmmədovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


*** 10:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub. 

FHN-dən "Report"a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi