Füzuli və Beyləqanda yanğın olub

Füzuli və Beyləqanda yanğın olub Füzuli rayonunun Alxanlı və Aşağı Kürdmahmudlu kəndlərində və Beyləqan rayonunda yanğın hadisələri qeydə alınıb
Hadisə
13 İyul , 2015 07:25
Füzuli və Beyləqanda yanğın olub

Bakı. 13 iyul. REPORT.AZ/ Füzuli və Beyləqan rayonlarında yanğın hadisələri baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Füzuli rayonunun Alxanlı və Aşağı Kürdmahmudlu kəndlərində heqtarlarla biçilmiş taxıl sahəsi yanıb.

Beyləqan rayonunda isə həyətyanı sahədə bağlanan 25 ton ot bağlaması yanıb.

Son xəbərlər

Orphus sistemi