Füzuli sakini həmyerlisini avtomobillə vuraraq öldürüb

Füzuli sakini həmyerlisini avtomobillə vuraraq öldürüb Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
Hadisə
18 Oktyabr , 2017 11:40
Füzuli sakini həmyerlisini avtomobillə vuraraq öldürüb

Füzuli. 18 oktyabr. REPORT.AZ/ Füzuli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, oktyabrın 17-də saat 15 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini Təbriz Gülməmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Novruz Bədəlovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi