Füzuli rayonunda su kanalından 6 ədəd top mərmisi tapılıb

Füzuli rayonunda su kanalından 6 ədəd top mərmisi tapılıb Bakı. 26 oktyabr. REPORT.AZ/ Füzuli rayonunun 9 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.
Hadisə
26 Oktyabr , 2018 21:36
Füzuli rayonunda su kanalından 6 ədəd top mərmisi tapılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Füzuli rayonunun 9 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

ANAMA-dan "Report"a verilən xəbərə görə, bu barədə günorta saatlarında Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilib, kanalda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 26 oktyabr tarixində davam etdirilib, Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56 və 4 ədəd Ş-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin tapıldığı yerin ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan əvvəl Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

Son xəbərlər

Orphus sistemi