Yuxarı
    Bağlamaq

    Füzuli rayonunda mina partladıcısı aşkar edilib - FOTO

    Partladıcı Bəhmənli kəndindəki otlaqda aşkarlanıb

    Bakı. 4 yanvar. REPORT.AZ/ Füzuli rayonunun Böyük Bəhmənli kəndində su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd TM-62 tank əleyhinə minanın partladıcısı (MVÇ-62) aşkar edilərək götürülüb.

    Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

    Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 4-dək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi