Füzuli rayonunda mərmi tapılıb

Füzuli rayonunda mərmi tapılıb Bakı. 9 iyul. REPORT.AZ/ Füzuli rayonunun Alxanlı kəndi ərazisində 1 ədəd mərmi tapılıb.
Hadisə
9 İyul , 2018 15:54
Füzuli rayonunda mərmi tapılıb
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Füzuli rayonunun Alxanlı kəndi ərazisində 1 ədəd mərmi tapılıb. 

Bu barədə "Report"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi