Futbolçu Nicat Muxtarov 3 saylı İstintaq Təcridxanasına köçürülüb

Futbolçu Nicat Muxtarov 3 saylı İstintaq Təcridxanasına köçürülüb Onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib
Hadisə
20 Sentyabr , 2017 11:21
Futbolçu Nicat Muxtarov 3 saylı İstintaq Təcridxanasına köçürülüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Sumqayıt” klubunun oğurluğa görə həbs edilmiş futbolçusu Nicat Muxtarov istintaq təcridxanasına köçürülüb.

"Report"un əldə etdiyi məlumata görə, futbolçu 3 saylı İstintaq Təcridxanasına etab edilib.

Məlumatda bildirilir ki, ötən gün Sumqayıt Şəhər Məhkəməsində onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmədə N.Muxtarov əməlindən peşman olduğunu söyləyib.

Qeyd edək ki, N.Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. 

Son xəbərlər

Orphus sistemi