Fuad Abbasovun atası: "Oğlumun Azərbaycana göndəriləcəyinə ümidimiz kəsilmişdi"

Fuad Abbasovun atası: "Oğlumun Azərbaycana göndəriləcəyinə ümidimiz kəsilmişdi" Fuadın Rusiyadan Azərbaycana göndəriləcəyi ilə bağlı artıq ümidimizi üzmüşdük.
Hadisə
25 İyun , 2019 23:01
Fuad Abbasovun atası: Oğlumun Azərbaycana göndəriləcəyinə ümidimiz kəsilmişdi

"Fuadın Rusiyadan Azərbaycana göndəriləcəyi ilə bağlı artıq ümidimizi üzmüşdük".

Bunu Rusiyadan Azərbaycana deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov "Report"a açıqlamasında deyib.

"Biz ümidimizi kəsmişdik. Düşünürdük ki, orada (Rusiyada – red.) onun əleyhinə işləyənlər var. Bu gün eşitdik ki, Fuadı Azərbaycana yola salıblar. Çox şadam, millətimdən razıyam.

Fuadın heç bir günahı olmayıb, o cinayət edəcək insan da deyil. İstərdim ki, Fuad Azərbaycanda qalsın, bir mövqe tutsun, yaşayıb yaratsın", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi