Fransada azarkeşlər arasında baş vermiş toqquşmada 16 nəfər xəsarət alıb

Fransada azarkeşlər arasında baş vermiş toqquşmada 16 nəfər xəsarət alıb Polis ümumilikdə 36 nəfəri həbs edib
Hadisə
16 İyun , 2016 06:36
Fransada azarkeşlər arasında baş vermiş toqquşmada 16 nəfər xəsarət alıb

Bakı. 16 iyun. REPORT.AZ/ Fransanın Lill şəhərində futbol azarkeşləri arasında baş vermiş toqquşmalar zamanı xəsarət almış 16 nəfər xəstəxanalara yerləşdirilib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, polis ümumilikdə 36 nəfəri həbs edib. Onlardan bəziləri Rusiya vətəndaşlarıdır. 

Qeyd edək ki, dünən Lilldə futbol üzrə Rusiya yığması Slovakiya komandası ilə qarşılaşıb. Oyun 1:2 Slovakiya yığmasının qələbəsi ilə başa çatıb.

Qarşılaşmadan sonra komandaların azarkeşləri arasında toqquşmalar baş verib. Bu zaman bir neçə nəfər yüngül, bir neçə nəfər isə ağır xəsarət alıb. Onlardan bir neçəsi xəstəxanalara yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi