​Fransada Almaniya və Ukrayna komandalarının azarkeşləri arasında toqquşma baş verib - VİDEO

​Fransada Almaniya və Ukrayna komandalarının azarkeşləri arasında toqquşma baş verib - VİDEO Polis bir alman fanatını saxlayıb
Hadisə
13 İyun , 2016 02:51
​Fransada Almaniya və Ukrayna komandalarının azarkeşləri arasında toqquşma baş verib - VİDEO

Bakı. 13 iyun. REPORT.AZ/ Futbol üzrə XV Avropa çempionatının "C" qrupunda keçirilmiş Almaniya və Ukrayna yığmaları arasındakı yarışmadan öncə azarkeşlər arasında toqquşma baş verib. "Report" xəbər verir ki, bu haqda "La Voix du Nord" nəşri məlumat yayıb.

Məlumata görə, bir qrup alman fanatı Qran-Plyas meydanında ukraynalı azarkeşlərə hücum edib. Nəticədə azarkeşlər arasında toqquşma yaranıb. 

Xoşagəlməz hadisəyə xüsusi təyinatlı polis dəstəsi müdaxilə edib.

Polis bir alman fanatını saxlayıb.

Son xəbərlər

Orphus sistemi