Yuxarı

​Paytaxtda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakıda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi