Məlumata görə, bir müddət əvvəl M.Hüseynov barəsində Səbail RPİ-də Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) başlanılan cinayət işinin istintaqı davam etdirildiyindən, onun ölkəni tərk etməsinə qadağa qoyulub.
M.Hüseynov Səbail RPİ-yə gətiriləcək. Onun həbs edilib-edilməyəcəyi istintaqa təqdim olunandan və məhkəmə qərarından sonra məlum olacaq.