Formula-1 ilə bağlı küçələrdən birində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Formula-1 ilə bağlı küçələrdən birində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq Vaqif Əsədov: “Diqqətə çatdırırıq ki, b bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”
Hadisə
9 İyun , 2016 15:48
Formula-1 ilə bağlı küçələrdən birində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda ilk dəfə təşkil olunacaq Formula-1 üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsinə hazırlıq məqsədi ilə paytaxtda bu gün saat 24:00-dan sabah saat 15:00 qədər Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədovun sözlərinə görə, bu istiqamətindən bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir: “Qeyd edilən istiqamət üzrə nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün avtomobillərin hərəkəti Neftçilər prospekti ilə yalnız düzünə - Yusif Səfərov küçəsinə, eləcə də Afiyyəddin Cəlilov küçəsindən sağa Yusif Səfərov küçəsinə, həmçinin Yusif Səfərov küçəsindən sağa 28 May küçəsinə, hərəkət tənzimlənir.

Diqqətə çatdırırıq ki, b bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”.

Son xəbərlər

Orphus sistemi