"Fl Trans”şirkətinin cərimələnməsi barədə qərar ləğv edilib

"Fl Trans”şirkətinin cərimələnməsi barədə qərar ləğv edilib Bakı Apelyasiya Məhkəməsində Fl Trans” MMC-nin 82260 Rusiya rublu (təxminən, 2115 manat) məbləğində cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.
Hadisə
28 Avqust , 2019 11:11
Fl Trans”şirkətinin cərimələnməsi barədə qərar ləğv edilib

Bakı Apelyasiya Məhkəməsində "Fl Trans” MMC-nin 82260 Rusiya rublu (təxminən, 2115 manat) məbləğində cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, Qaradağ Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, birinci instansiya məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarmışdı.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Fl Trans” MMC Rusiyadan “Ессентуки №4” və “Ессентуки №17” mineral sularının tədarükünü həyata keçirən şirkətdir. 

Orphus sistemi